30 ilə yaxın müddətində ölkəmizin
torpaqlarının 20%-i Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında
idi. ATƏT-in Minski qrupu tərəfindən ərazi bütövlüyümüz tanınsa da onların
qəbul etdiyi qərarların heç biri icra olunmadı. Ermənistan öz havadarlarının
himayəsilə öz çirkin niyyətlərindən əl çəkmədi. Hələ bu azmış kimi yeni torpaq iddiaları
ilə çıxış edirdilər. Hər zaman sülh tərəfdarı olan ölkəmiz ATƏT-in Minski
qurupunun həll edə bilmədiyi işləri artıq öz gücü ilə həyata keçirdi. Ali
Baş Komandanımızın qətiyyətli, sarsılmaz iradəsilə atılan addımla xalqımızın
şanlı tarixi yazıldı...Ölkəmizin ərazi bütövlüyü bərpa olundu. 10 noyabr
2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev, Rusiya
Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının
Baş naziri Nikol Paşinyan arasında kapitulyasiya müqaviləsi bağlandı. Ermənistan
hər zaman olduğu kimi müxtəlif bəhanələrlə bağlanmış müqavilənin müəyyən
şərtlərini həyata keçirmək
istəmirdi. Lakin Müzəffər Ordumuzun Ali Baş Komandanının həyata keçirdiyi qətiyyətli
daxili və xarici siyasətin nəticəsində Ermənistan üçün təqdim etdiyimiz 5
maddəlik sülh paketinə uyğun sülh müqaviləsinin bağlanmasına nail oluruq. Aprelin
6-da Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının
Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşünü yüksək
qiymətləndiririk. Hesab edirik ki, Brüsseldə keçirilən danışıqlar daha ədalətli,
obyektiv və tərəfsiz olacaq.Artıq ATƏT-in Minsk qurupu ləğv olunub. Biz hər
zaman sülhün,ədalətin tərafdarı olmuşuq. Ancaq Ermənistan tam əksinə, sərhəddə
gərginliklər yaratmağa, havadarlarının köməyilə sülh müqaviləsinin bağlanmasına maneə
olmağa çalışsalar da buna nail ola bilməyəcəklər. Çünki Brüsseldə keçirilən
görüşün sonunda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin
Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə üçtərəfli görüşündən sonra
yaydığı bəyanat buna əsas verir. Şarl Mişel görüşdən sonra yaydığı bəyanatda
bildirdiki, artıq Azərbaycan və Ermənistan arasında danışıqlar davam etməlidir.
İki ölkənin Xarici İşlər Nazirliyinə bununla bağlı təlimat verildi. Bu da
ölkəmizin irəli sürdüyü 5 maddəlik sülh təklifinin qəbul olunması
deməkdir. Avropa İttifaqı Şurasının przideninin iştirakı ilə Azərbaycan və Ermənistan
Liderlərinin Brüssel görüşü, ölkəmizin maraqlarına uyğun olaraq bölgənin
gələcək sülh və əmin-amanlıq şəraitində inkişafının təmin olunması istiqamətində
atılmış önəmli bir addımdır.
Şahin Cavadoğlu,
Xocalı rayon ziyalısı